Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

E-xidmətlərindən istifadə edənlərin sayı 58 faizə yaxın artıb

20:00  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ saytına verilən məlumata görə, cari ilin sentyabr ayında əhali Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 236714 dəfə faydalanıb ki, bu da portaldakı bütün e-xidmətlərdən ümumi istifadənin (767616 ədəd) 30,8 faizini təşkil edir.

Ötən ay Nazirliyin e-xidmətlərindən yararlananların sayı əvvəlki avqust ayı ilə müqayisədə 58 faizə yaxın artıb.
Sentyabr ayında ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti 130352 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 81118 ədəd istifadə sayı ilə əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında ilk üçlükdə qərarlaşıblar. Nazirliyin “İş yerinə dair arayış” e-xidməti də həmin sırada yer alıb və ötən ay “E-Hökumət” portalında 9 növ e-arayış xidmətindən cəmi istifadənin 54 faizi, yəni 22856-ı məhz ƏƏSMN-nin bu e-xidmətinə aid olub.
Ümumilikdə cari ilin 9 ayında əhali ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 660 min 824 dəfə istifadə edib ki, bu da qeyd olunan dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17,5 faizini təşkil edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama
12.11.2019
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
09.11.2019
“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – Aqil Abbas
09.11.2019
Bayraq günündə şəhid pilotumuzla bağlı təsirli hadisə - FOTO
09.11.2019
Nazirlikdən reklam olunan dərmanla bağlı Açıqlama