Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6943

Digər sorğular

İranın Azәrbaycandakı sәfirliyinin yeni mәtbuat katibi fəaliyyətə başlayıb

19:52  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

İranın Azәrbaycandakı sәfirliyindә mәtbuat katibi Seyid Mәhәmmәd Ayәtullahinin diplomatik missiyasının başa çatması vә Mәhәmmәd Rza Nәcәfinin yeni mәtbuat katibi kimi işә başlaması münasibәtilә tәdbir keçirilib.

APA-nın mәlumatına görә, sәfir Möhsün Pakayin bildirib ki, sәfir kimi fәaliyyәt göstәrdiyi 3 il әrzindә uğurlarından biri Azәrbaycanla әlaqәlәrin daha da yaxınlaşması olub. O qeyd edib ki, bu müddәtdә iki ölkә sıx әlaqәlәr qurub vә bu işdә media yaxından iştirak edib: “Bir çox anlaşılmazlıqlar aradan qalxıb. Bu işlәrdә sәfirliyin mәtbuat xidmәtinin rәhbәri Seyid Mәhәmmәd Ayәtullahinin böyük rolu olub. Hazırda onun missiyası başa çatıb vә ölkәyә qayıdır”.

Sәfirin sözlərinə görə, onun fәaliyyәt göstәrdiyi müddәtdә Azərbaycandan 9 media nümayәndә heyәti vә 70 jurnalist İrana gedib.

Seyyid Məhəmməd Ayətullahi isə hazırda İranda Azәrbaycana mәxsus 4 media bürosunun fәaliyyәt göstәrdiyini deyib. O bildirib ki, bunun nәticәsindә azәrbaycanlılar xәbәri birbaşa İrandan ala bilir.

Yeni mәtbuat katibi Mәhәmmәd Rza Nәcәfi fәaliyyәt göstәrәcәyi müddәtdә iki ölkә arasında münasibәtlәrin dәrinlәşmәsinә öz töhfәsini vermәyә çalışacağını bildirib.

Qeyd edək ki, Mәhәmmәd Rza Nәcәfi İranın Astara şәhәrindәndir. Azәrbaycan dilini yaxşı bilir. 12 ildir diplomatk korpusda çalışır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Atəşkəs yenə pozulub
04.07.2020
Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - VİDEO
04.07.2020
Həkimdən sərt sözlər: Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm
04.07.2020
Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ
04.07.2020
Aydın Mirzəzadə sosial şəbəkədə yaydığı siyahıdan danışdı: “Mənə irad bildirənin...“