Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Dilçilik İnstitutu: Dərsliklərdə Azərbaycan dili öyrədilmir

19:45  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

"Müəllim 45 dəqiqə ərzində ədəbi dildə danışmır"

““Azərbaycan dili” dərsliklərində daha çox normativ-qrammatika öyrədilir. Dərsliklərdə Azərbaycan dilini öyrətmirlər, əsasən Azərbaycan dilinin nəzəri, qrammatik əsaslarını öyrədirlər”. Bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov deyib.

O bildirib ki, orta məktəblərin “Azərbaycan dili” dərsliklərində canlı dil qabardılmır: “Biz sırf canlı dili dərsliklərdə görə bilmirik. Məsələn, dərsliklərdə gələcək zamanın – "acaq", feili bağlamanın – "ıb" şəkilçiləri əsasında nümunələr verilir və uşağa izah olunur ki, filan sözün qrammatik göstəricisi bundan ibarətdir. Ancaq çalışmaq lazımdır ki, dərsliklərdə canlı dilin özü təqdim olunsun”.

Ş. Məmmədov qeyd edib ki, vaxtilə Azərbaycan dilinin qrammatikası rus dilinin qrammatikası əsasında yazılıb: “İndi həmin qəlibdən çıxa bilmirik. Mən tez-tez rayonlarda oluram. Azərbaycan-dili ədəbiyyat müəllimləri, habelə şagirdlər ləhcədə danışırlar. Müəllim 45 dəqiqə ərzində ədəbi dildə danışmır. Məsələn, cənub bölgəsində ədəbi dildə danışan müəllimi mən çox az görmüşəm. O cümlədən də şagirdlər. Bu tək cənub bölgəsinə aid deyil. Nəticədə isə dildə həm normativ-qrammatikanın, həm ləhcə və dialekt ünsürünün üstünlük təşkil etməsi insanların fikrini səlis ifadə etməsinə maneçilik törədir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı