Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6662

Digər sorğular

Obama: “Liderlik barədə Putinlə fərqli təsəvvürlərimiz var“

19:22  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


"Yaxın Şərqdə mövqelərimizi itirmirik, hərbi bazalarımız orada qalmaqdadır"

“Əgər düşünürsüzsə ki, liderlik yeganə müttəfiqinizi qorumaq üçün qoşunları quruda döyüşmək üçün göndərməkdən ibarətdir, onda bizim liderlik barədə fərqli təsəvvürlərimiz var”.

APA-nın xəbərinə görə, bu sözləri ABŞ prezidenti Barak Obama “CBS news” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib. B. Obama aparıcının "Vladimir Putin sizin liderliyinizə təhdid yaradır" fikri ilə razılaşmayıb: “Mənim liderlik barədə təsəvvürüm iqlim dəyişikliyinə, İranın nüvə silahı əldə etməsinə qarşı dünya ictimaiyyətinin səfərbər edilməsindən ibarətdir”.

B. Obama Rusiyanın Suriyadakı əməliyyatlarının ABŞ üçün gözlənilməz olmadığını və prosesləri diqqətlə izlədiklərini nəzərə çatdırıb: “Bizim yaxşı kəşfiyyatımız var. Biz Rusiyanın Suriyaya hərbi dəstək verəcəyini gözləyirdik. Əsədin hakimiyyətdə olduğu müddətdə mötədil müxalifət qüvvələrinin İŞİD-lə mübarizəyə cəlb edilməsi çətin olacaq. İraq və Suriyada İŞİD silahlıları gec ya tez məhv ediləcək, lakin bunun üçün münasib məqam yetişməlidir. Regionun sünni əhalisi də İŞİD-lə mübarizəyə qoşulmalıdır. Suriya münaqişəsini hərbi vasitələrlə həll etmək mümkün deyil, bunu ancaq vacib aktyorların iştirakı ilə siyasi yollarla həll etmək mümkündür.”

Obama aparıcının ABŞ-ın Yaxın Şərqdəki mövqelərini itirməsi fikri ilə razılaşmayıb. O qeyd edib ki, regionda ABŞ-ın hərbi bazaları hələ də qalmaqdadır. O, Birləşmiş Ştatlarının Suriyaya quru qoşunları göndərməyə hazırlaşmadığını, İŞİD-ə aviazərbələr endirməyə davam edəcəklərini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.01.2020
Türkiyədə 39 nəfər dağıntılar altından sağ çıxarılıb
25.01.2020
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı
25.01.2020
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
25.01.2020
Bu yara Moskva və Kiyev arasında daim qalacaq - Zelenski
25.01.2020
Çində koronavirusdan ölənlərin sayı 41 nəfərə çatıb