Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6942

Digər sorğular

Elmar Məmmədyarov Hindistanın yeni təyin olunmuş səfirini qəbul edib

23:15  |    09 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Sanjay Rananı qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib. E. Məmmədyarov 2013-cü ildə Hindistana rəsmi səfərini xatırlayaraq, iki ölkə arasında enerji, ticarət, turizm, informasiya və kommunikasiya texnologiyaları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini, münaqişənin həlli üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.

Sanjay Rana Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bəyan edib. O, enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini söyləyərək Hindistan şirkətlərinin Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini və işgüzar dairələrin qarşılıqlı səfərləri və biznes forumlar vasitəsilə iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb
29.06.2020
Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib
27.06.2020
Putinin mesajı: "Həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb..."