Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6885

Digər sorğular

Bu il Azərbaycanın 220-yə yaxın yaşayış məntəqəsi qazlaşdırılıb

22:38  |    09 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, əhali kateqoriyasına aid istehlakçılarının mənzillərindəki istismar müddətini başa vurmuş mexaniki sayğaclar yeni “smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri görülür.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə bu ilin 9 ayı ərzində 9 218 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 419 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-sentyabr ayları ərzində 217 yaşayış məntəqəsinə təbii qaz verilib.

Bu il oktyabrın 1-ə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 mln. 767 min 919-a çatıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Prezident FƏRMAN imzaladı
27.05.2020
190 manatlıq yardım yenidən verilə bilər? - AÇIQLAMA
26.05.2020
Manat üzərindən “qara buludlar” çəkildimi?
25.05.2020
Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"
23.05.2020
Tibbi maska və əlcəklərlə bağlı qərara dəyişiklik edildi