Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Elmar Məmmədyarov BƏƏ-nin yeni təyin olunmuş səfirini qəbul edib

22:22  |    09 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib. E. Məmmədyarov iki ölkə arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyib. O, BMT və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində BƏƏ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar daim nümayiş etdirdiyi ədalətli mövqeyin və iki ölkə arasında çoxtərəfli formatlarda qarşılıqlı dəstəyin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Nazir iki ölkə arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadiyyat, ticarət, turizm, sərmayələr və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib. Turizm sahəsində əməkdaşlığın təşviq edilməsi üçün qarşılıqlı şəkildə viza sisteminin sadələşdirilməsi istiqamətində iş aparıldığını söyləyib.

Səfir ölkəsinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyanın ən səmimi salamları və xoş arzularını çatdırıb, iki ölkə arasında siyasi dialoqun və mütəmadi əsasda aparılan siyasi məsləhətləşmələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin təqdirəlayiq hal olduğunu deyib. O, fəaliyyəti dövründə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin, turist axınının artırılması və sərmayələrin təşviq edilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib