Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6885

Digər sorğular

E-xidmətdən 435 min dəfədən çox faydalanıb

22:30  |    07 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti vətəndaşlara onlarla bağlanan əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir.



Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, istifadəyə verildiyi vaxtdan əhalinin ən çox istifadə etdiyi e-xidmətlərdən biri olan bu e-xidmətə müraciət edənlərin sayı mütəmadi olaraq artmaqdadır. Cari ilin sentyabr ayı ərzində “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 81 118 dəfə istifadə olunub ki, bu da iyul ayı ilə müqayisədə 1,7 dəfə, avqust ayı ilə müqayisədə isə 2,2 dəfə çoxdur.

Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında həmin e-xidmətdən yararlanan şəxslərin sayı 437 196 nəfər təşkil edib.

Hər bir vətəndaş onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə məlumat əldə etmək istədikdə bunun üçün ilk növbədə “Elektron Hökumət” portalına (www.e-gov.az ) daxil olmalı və ƏƏSMN-in həmin e-xidmətini seçməlidir. Portaldan autenfikasiyadan keçənlər bu xidmətdən istifadə etmək imkanına malikdirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Ucuz qiymətə ev almaq istəyənlərin nəzərinə! İyunun 30-u, saat 11:00-da başlayacaq
29.05.2020
Prezident FƏRMAN imzaladı
27.05.2020
190 manatlıq yardım yenidən verilə bilər? - AÇIQLAMA
26.05.2020
Manat üzərindən “qara buludlar” çəkildimi?
25.05.2020
Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"