Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Respublika Əlillərin Bərpa Mərkəzi pasientləri qəbul etməyə başladı - VİDEO-SÜJET + FOTOREPORTAJ

04:11  |    07 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Bildiyiniz kimi sentyabrın 21-də prezident İlham Əliyevin iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı olub. Artıq bir neçə gündür ki, xəstələr də qəbul olunmağa başlayıb.

Arabaçı TV yenidən qurmadan sonra yaradılan şəraitlə tanış olmaq, əlilləri daha geniş məlumatlandırmaq üçün elə ilk pasientlərin yerləşdirilməsi günü mərkəzə yollanıb. Arabaçı TV-nin rəhbəri İlham Məhərrəmov və icraçı direktoru Amid Həsənquliyev otaqları gəzib, yeni avadanlıqlar barədə məlumat alıb. Bir neçə işçi personalı mərkəzlə bağlı fikirlərini bildirib, xəstələr üçün yaradılan şəraitdən danışıb. Qeyd edilib ki, xəstələrin rahatlığı üçün hər şey nəzərə alınıb.

Daha sonra Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi Günay Rəfiyeva Arabaçı TV-nin mikrafonuna geniş müsahibə verib. Rəfiyeva yenidənqurma işləri ilə bağlı geniş məlumat verib, həm mərkəzə qəbul olunmaq üçün hansı sənədlərin tələb olunması, həm də əlilləri mərkəzlə bağlı maraqlandıran digər sulları cavablandırıb.

Mərkəzdə diqqət çəkən və sevindirici məqamlardan biri də işçi personalı arasında əlillərin də yer alması olub. Onlardan biri də qəbul şöbəsində çalışan, I qrup əlilliyi olan Təhminə xanımdı. Onun Arabaçı TV-yə müsahibəsi bir daha əlillərin cəmiyyətə inteqrasiyasının əlillər üçün nə qədər vacib olduğunu və fiziki məhdudiyyətli vətəndaşların da cəmiyyət üçün hər kəs kimi yararlı ola biləcəyini sübut edib.

Rahatlıq demək olar ki, Respublika Əlillərin Bərpa Mərkəzi nəyinki təmir, hətta personal və şəffaflığı ilə tam yenilənib. Mərkəz müasir tibbi avadanlıqla təchiz edilib, ən son avadanlıqlarla işləyə bilən təcrübəli və gülərüz personal işə başlayıb. Binanın həyətində gözoxşayan geniş yaşıllaşdırma işləri görülüb. Mərkəzi gəzən Arabaçı TV öz fikir və məsləhətlərini rəhbərliyə bildirib. Rəhbərlik də öz növbəsində hər zaman olduğu kimi belə fikirlərin önəmli olduğunu vurğulayıb.

Sonra İlham Məhərrəmov və Amid Həsənquliyev mərkəzlə bağlı yekun fikirlərini bildirib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mərdəkan Müalicə Pansionatında təmir işləri ilin sonuna qədər yekunlaşacaq
16.09.2019
10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
16.09.2019
Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... (ARAŞDIRMA)
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO