Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

Fransalı deputat: “Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir“

18:52  |    02 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında real dialoqa ehtiyac var".

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Fransa hökumətinin sabiq naziri, hazırda Fransanın AŞPA və ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Fransa-Azərbaycan dostluq qrupunun keçmiş rəhbəri Tyerri Mariani deyib.

"Hər kəs bilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə 20 ildir ATƏT-in Minsk qrupu məşğul olur. Lakin onlar münaqişənin həlli yolunu tapa bilməyiblər. Fikrimcə, münaqişənin həlli yolunu tapmaq üçün Azərbaycanla Ermənistan arasında real dialoqun qurulmasına ehtiyac var. Son günlər təmas xəttində baş verən insidentlərdən xəbərim var. Bu, Avropada hər kəsi kimi məni də narahat edir. Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə hörmət edilməlidir. Beynəlxalq təşkilatların mövqeyi isə ondan ibarətdir ki, bu torpaqlar Azərbaycanın tarixi əraziləridir", - deyə deyə fransalı deputat vurğulayıb.

"Rusiya Krımı işğal edərkən Qərb tərəfindən müəyyən sanksiyalarla, təzyiqlərlə üz-üzə qaldı. Ermənistan isə 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal edib.

“İşğal faktına görə Qərb Ermənistana təzyiq edə və ya sanksiya qəbul edə bilərmi?” sualına isə Tyerri Mariani belə cavab verib: "Rusiya Krımı işğal edərkən Qərb tərəfindən müəyyən sanksiyalarla, təzyiqlərlə üz-üzə qaldı. Ermənistan isə 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal edib. Bu ikili standartdır. Bunu görmək çox asandır. Ukraynaya kömək etmək üçün Rusiyaya qarşı təzyiqə fikir verin. Amma işğal altındakı Azərbaycan ərazilərinin qaytarılması üçün eyni təzyiqi görmək mümkün deyil. Hər iki ölkənin yekun sazişə ehtiyacı var. Fikrimcə, həm Azərbaycan, həm də Ermənistan tezliklə sülhün əldə olunmasında maraqlıdır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib
15.11.2019
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib