Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6942

Digər sorğular

Elmar Məmmədyarov Makedoniyanın xarici işlər naziri ilə görüşüb

19:52  |    30 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Makedoniya Respublikasının xarici işlər naziri Nikola Poposki ilə görüşüb.

QAZİELR.AZ-ın nazirliyin saytına istinadən məlumatına görə, görüş zamanı iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub. Nazir Elmar Məmmədyarov Azərbaycanın Balkan regionu ölkələri ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.

İkitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin və müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və Makedoniya arasında enerji, turizm, kənd-təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu bildirilib.
BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığı və qarşılıqlı dəstəyinin vacibliyi qeyd edilib.

Cənub qaz dəhlizinin reallaşdırılması, Şah Dəniz II layihəsinin icrası və TANAP və TAP xəttinin inşası üzrə işlərin gedişi barəsində məlumat verən nazir Elmar Məmmədyarov layihə çərçivəsində boru xəttinin keçəcəyi ölkələrdə yeni iş yerlərinin və investisiya imkanlarının açılacağını, regional əməkdaşlığın inkişaf edəcəyini və diversifikasiya olunmuş mənbə hesabına qaz təchizatının təmin olunacağını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb
29.06.2020
Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib
27.06.2020
Putinin mesajı: "Həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb..."