Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6942

Digər sorğular

Prezident: “Ermənistan Azərbaycanı təxribata çəkir”

19:45  |    30 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, Herbert Salber ölkəmizə səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin və eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana son səfərindən ötən dövr ərzində regionda və eləcə də dünyada bir çox hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmasının vacibliyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. Prezident İlham Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb.

Təmas xəttində baş verən hadisələrə toxunan Prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlətimizin başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev Avropa İttifaqının bəzi dairələrinin ölkəmizlə bağlı qərəzli mövqeyinin yolverilməz olduğunu bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
04.07.2020
Ekspert Rusiyanın Ermənistanı silahlandırmasının məqsədini açıqladı
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb