Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6513

Digər sorğular

Bakıda 6 hərəkət zolaqlı yol salınır

17:08  |    29 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunda tikinti işləri sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, hazırda tikinti işləri avtomobil yolunun 0-7-ci kilometrlik hissəsində aparılır. Sözügedən ərazidə yolun tikintisi altına düşən maneələr kənarlaşdırılır, yol boyu torpaq işləri görülür və yol yatağı tikilir.

Prezident İlham Əliyevin sərəncamına əsasən təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” əsasında tikinti aparılan Qala-Pirallahı avtomobil yolunun 0-7-ci kilometrlik hissəsinin 6 hərəkət zolaqlı olması planlaşdırılır. Hər bir hərəkət zolağının eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni bir istiqamət üzrə 11,5 metrdir. Yolun ümumi eni 33 metr, ayrıcı zolağın eni 3 metr, çiyinlərin hər birinin eni isə 3,75 metrdir.

Hazırda tikintisi aparılan yolun hamarlayıcı qatının qalınlığı 30 santimetr, qırmadaşlı əsas layın qalınlığı isə 27 santimetrdir. Bundan başqa, bitumlu əsas lay 15 santimetr, əlaqələndirici qat 8 santimetr, aşınma qat isə 4 santimetr olmaqla yolun asfalt-beton örtüyünün ümumi qalınlığı 27 santimetr olacaq.

Qeyd edək ki, layihə üzrə Qala-Pirallahı və Qala-Şüvəlan avtomobil yolunun tikintisi işləri Qala-Pirallahı istiqamətində artıq başa çatdırılıb. Sözügedən yolda tikinti işləri 7-ci kilometrlik hissəsindən başlayıb və 21,6-cı kilometrlik hissədə başa çatdırılıb. Layihə üzrə nəzərdə tutulmuş bir ədəd piyada keçidi yolun 10-cu kilometrlik hissəsində tikilib əhalinin istifadəsinə verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Dövlət Statsitika Komitəsinin "siyahıyaalma oyunu"... (İDDİA)
14.10.2019
“Azəriqaz” yenilənən sayğacların sayını açıqlayıb
14.10.2019
Akademik Vasim Məmmədəliyev dəfn olunub - FOTOSESSİYA - YENİLƏNİB-1
14.10.2019
Vilayət Eyvazov daha bir rəis təyin etdi
14.10.2019
Azərbaycan-İran sərhədində insident: bir sərhədçimiz yaralanıb