Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Akademik:“Özləri 2 milyonu xərcləyiblər, hesabınısa məndən soruşurlar”

16:10  |    29 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda bir müddətdir davam edən gərginlik pik həddə çatıb.

AzNews.az xəbər verir ki, bu gün AMEA-nın Rəyasət Heyyəti Dilçilik İnstitutunda qəfil yoxlamalara başlayıb. Yoxlamalara qurumun Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli rəhbərlik edir. Məlumata görə, yoxlama aparan şəxslər institutun maliyyə sənədlərini yoxlayır, əməkdaşların izahatlarını alırlar. İzahatı alınan şəxslərdən biri də institutun istefa vermiş, sonradan vəzifəsini icra etməyə başlamış direktoru, akademik Tofiq Hacıyevdir. Onlardən 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutuna Maddi texniki bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyon manat vəsaitin aqibəti soruşulur. `

İnstitut rəhbərliyi uğurunda mübarizənin getdiyi, “alim klanları” arasındakı müharibənin açıq müstəviyə keçdiyi bir vaxtda belə bir yoxlamanın keçirilməsi əlbəttə təsadüfi sayılmır.

Bəziləri hesab edir ki, bu yoxlamalar Tofiq Hacıyevin cəzalandırılması üçün təşkil olunub. Yəni onun öz postundan getmək istəməməsi, Akademiya rəhbərliyinə qarşı dirəniş göstərməsinə cavabdır.

Belə olduqda maliyyə yeyintisinə görə həm onun özünün, həm də ətrafında olan şəxslərin ciddi cəzalanması ehtimalı var.

Amma bir məsələ də var ki, instituta maliyyə ayrılanda Tofiq Hacıyev direktor olmayıb. Və yayılan informasiyaya görə, T.Hacıyevə direktorluq tapşırılandan sonra o, ilk növbədə ayrılan pulların hara xərclənməsinin təftişinə başlayıb. Məlum olub ki, həmin pulun cüzi bir hissəsi aidiyyəti üzrə sərf olunub. Buna görə də direktor, dövlət vəsaitinin “havaya sovrulması” ilə bağlı dəfələrlə aidiyyəti şəxslərə müraciət edib.

O da bildirilir ki, Tofiq Hacıyevin məhz bu canfəşanlığı AMEA-da onu arzuolunmaz şəxsə çevirib. İnstitut daxilində baş verən qalmaqallar, itaətsizlik də bundan sonra başlayıb.

Əgər bu informasiyalar doğrudursa, onda belə çıxır ki, əslində yoxlamaların aparılması Tofiq Hacıyevin istəyi olub, yaxud da, onun ürəyincədir.

Amma bu istəyin kimin xeyrinə işləməsi bəlli deyil. Çünki gələn yoxlama ilk olaraq onun özünü və yaxını hesab oluna alimləri dindirib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl T.Hacıyev Dilçilik İnstitutunda tutduğu direktorluq postundan istefa vermişdi. Onun istefasına səbəb kimi, institut daxilində intriqalarin şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi göstərilirdi. T.Hacıyevini müvəqqəti olaraq Möhsün Nağısoylu əvəzləmişdi. Lakin bu yaxınlarda T.Hacıyev yenidən institutdakı vəzifəsinə geri qayıdıb. O, istefa ərizəsini yazdığı vaxt əsəbi olduğunu və ərizəsini də məzuniyyətdə olduğu vaxt yazdığı üçün qeyri-qanuni olduğunu bildirmişdi. Onun yenidən instituta qayıtması isə gərginliyi bir qədər də artırıb.

T.Hacıyev Nəsimi adına Dilçilik İnstitutunda direktor vəzifəsinə 2014-cü ilin aprel ayında təyin edilib.

***

AMEA-nın Nəsimi Adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev rəhbərlik etdiyi qurumda başlanan yoxlamalarla bağlı məsələyə münasibət bildirib.

O, AzNews.az-a açıqlamasında deyib ki, yoxlamalar bu gün başlayıb və 6 nəfərdən ibarət komissiya tərəfindən aparılır: “Bu gün universitetdə dərsim var idi. Dərsdən çağırdılar ki, institutda yoxlamaq üçün 6 nəfərdən ibarət komissiya göndəriblər. Mən də dedim ki, nə qədər istəyirsiz yoxlayın. Özüm də bir saata yaxın yanlarında oturdum. Sonra çıxıb gəldim. Yoxlasınlar, görək, nə çıxacaq. İnstitutda yoxlamanı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin rəhbərliyi ilə , akademiyanın üzvləri, hüquqşünasları, baş mühasib, işlər idarəsinin rəisi aparır. Onlar 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutuna Maddi texniki bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyonun hesabatını soruşurlar. Mən instituta 2014-cü ildə, yəni instituta pul ayrılandan iki il sonra təyin edilmişəm. Maraqlı işdir: bunlar özləri 2 milyonu xərcləyiblər, hesabınısa məndən soruşurlar. İndi də gəlib mənim il yarımlıq nə işimi yoxlayırlar, bilmirəm. Niyə 2 milyonu xərcləyib indi də gəlib hesabını məndən soruşurlar, aydın deyil”.

Tofiq Hacıyev məsələ ilə izahat vermədiyini deyib: “Hələ ki, heç kim məni dindirməyib. Mənim istəyim odur ki, yoxlayıb nöqsan tapan kimi mənə töhmət verib işdən çıxartsınlar. Mən özüm şəxsən ərizə yazıb işdən çıxmayacam. Hətta onlara bildirdim ki, əgər nöqsan tapa bilməsələr, mən özüm onlara bildiyim 1 və ya 2 nöqsanı deyərəm. Amma özüm ərizə yazıb işdən çıxmayacam. Qoy, məni əmrlə çıxartsınlar”.

Direktor hazırda institutda yoxlamanın davam etdiyini, sabah kimi hər şeyin aydın olacağını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl T.Hacıyev Dilçilik İnstitutunda tutduğu direktorluq postundan istefa vermişdi. Onun istefasına səbəb kimi, institut daxilində intriqalarin şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi göstərilirdi. T.Hacıyevini müvəqqəti olaraq Möhsün Nağısoylu əvəzləmişdi. Lakin bu yaxınlarda T.Hacıyev yenidən institutdakı vəzifəsinə geri qayıdıb. O, istefa ərizəsini yazdığı vaxt əsəbi olduğunu və ərizəsini də məzuniyyətdə olduğu vaxt yazdığı üçün qeyri-qanuni olduğunu bildirmişdi. Onun yenidən instituta qayıtması isə gərginliyi bir qədər də artırıb. T.Hacıyev Nəsimi adına Dilçilik İnstitutunda direktor vəzifəsinə 2014-cü ilin aprel ayında təyin edilib.

AzNews.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq