Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Gəncədə 13 rayon və şəhərin işəgötürənləri üçün forum keçirilib

04:48  |    29 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər


Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Gəncə şəhərində “Təhlükəsiz iş aylığı” çərçivəsində “Açıq qapı” günü-vətəndaş forumu təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, foruma ƏƏSMN-in 17, 20, 21 və 22 saylı regionlar üzrə Dövlət Əmək müfəttişliklərinin nümayəndələri və həmin regionları əhatə edən 13 rayon və şəhərin (Gəncə şəhəri, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Tovuz, Ağstafa, Qazax) işəgötürənləri qatılıb.

Tədbirdə DƏMX-nin əməkdaşları tərəfindən işəgötürənlərə əməyin mühafizəsi, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar, istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində belə qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə maarifləndirici məlumatlar verilib.

Maarifləndimə tədbirlərinin həyata keçirilməsində əsas məqsədin işəgötürənlərdə işçilərin əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılması, hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması, bu sahədəki, nöqsanların aradan qaldırılması olduğu qeyd edilib.

Forum zamanı işəgötürənlərin iş yerlərində əməyin mühafizəsi ilə bağlı sualları da ətraflı cavablandırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU