Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

DSMF: Azərbaycanın pensiya sistemi maliyyə çatışmazlığı ilə üzləşə bilər

23:32  |    28 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Gələcəkdə Azərbaycanın pensiya sistemi maliyyə çatışmazlığı ilə üzləşə bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

O bildirib: “Aktuar araşdırmalar göstərir ki, Azərbaycanın pensiya-sığorta sistemi maliyyə davamlılığı ilə fərqlənsə də, perspektivdə sığorta prinsiplərini dərinləşdirməsək, ciddi maliyyə problemləri ilə üzləşə bilərik”.

E.Mehdiyev qeyd edib ki, Azərbaycanın pensiya-sığorta sisteminin icbari dövlət sosial sığortası ilə əlaqəsi olmayan çoxlu xərcləri var: “Unutmamalıyıq ki, icbari sosial sığorta üzrə ödənişlər edən vətəndaşlar müəyyən müddətdən sonra öz pensiyalarının arxasınca gələcəklər. Biz bu vəsaitləri dövlət büdcəsindən olan transfertlərlə yanaşı əhalinin pensiya təminatına göndəririk, məsələn, 1992-ci ilədək təyin edilmiş pensiyaların ödənməsi üçün əhalinin bəzi güzəştli kateqoriyasına. Belə xərclərin sosial sığortaya aidiyyəti olmasa da, biz bunun hamısını icbari sosial sığorta üzrə ödənişlərin hesabına toplanmış vəsaitlərdən maliyyələşdiririk”.

Fond sədrinin fikrincə, bu tendensiya qalsa, Azərbaycanın pensiya sistemi müəyyən vəsait çatışmazlığı ilə üzləşə bilər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Qaz xətti zədələndi, 9 kənd qazsız qaldı
14.11.2019
Kərəm Həsənov qazilərin haqqını bərpa etdi - VİDEO
14.11.2019
Əməliyyat təlimi çərçivəsində HDQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO
14.11.2019
Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI
14.11.2019
Şair Şamxal Rüstəm vəfat etdi (FOTO)