Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Yunanıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

23:47  |    28 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikolaos Kotzias ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin, xüsusilə də enerji layihələri üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

E.Məmmədyarov TANAP və TAP qaz boru xəttinin inşasının uğurla davam etdirildiyini qeyd edərək, bu layihələrin keçəcəyi ölkələr və regionlar boyunca əməkdaşlığa, yeni iş yerlərinin açılmasına və inkişafa xidmət edəcəyini və regionun enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.

Yunan nazir Azərbaycan və Yunanistan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sahələrdə geniş imkanların mövcudluğunu qeyd edib. İki ölkə arasında rəsmi səfərlərin və hökumətlərarası komissiyaların önəmindən danışan N.Kotzias siyasi məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmək niyyətini bildirib.

Görüşdə, həmçinin E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumat verib. O, Ermənistanın müxtəlif təxribat əməlləri vasitəsilə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyəti gərginləşdirdirməsi, atəşkəs rejimini intensiv şəkildə pozması faktlarını qeyd edərək, Ermənistanın əsl məqsədinin danışıqlar prosesinə xələl gətirmək və işğal və təcavüzə əsaslanan mövcud status-kvonu davam etdirmək olduğunu vurğulayıb.

Daha sonra miqrant problemi və turizm sahəsində əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”