Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Azərbaycan və Serbiya arasında iqtisadi forum keçirilib

22:45  |    28 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycana səfəri çərçivəsində Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Bu barədə QAZİLER.AZ -a nazirlikdən bildirilib.

Serbiyalı qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmiş, “Əbədi Məşəl” kompleksinə əklil qoymuşlar.

Sonra Bakı Biznes Mərkəzində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə nazir Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin inkişaf etdiyini, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan və Serbiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. Şahin Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika, investisiya, kənd təsərrüfatı, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulamışdır.
Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç qonaqpərvərliyə görə təşəkkür etmiş, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını qeyd etmiş, Serbiya və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikirlərini bölüşmüşdür.
Həmin gün Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilmişdir.
Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. Serbiya tərəfi isə iclasda Baş nazirin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd etmiş, ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əlaqələrin müxtəlif istiqamətlər üzrə genişlənməsində mühüm əhəmiyyətini vurğulamış, Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulamışdır. Ölkələrimizin bir-birinin ərazi bütövlüyü və sərhədlərinin toxunalmazlığına verdiyi dəstəyi qeyd edən Şahin Mustafayev Hökumətlərarası Komissiyanın cari iclasının nəticələrinə dair Protokolda Azərbaycanın işğal olunmuş ərazisində hər hansı iqtisadi fəaliyyətin yolverilməzliyinin və bu ərazilərdə istehsal olunan məhsul və xidmətlərin Serbiya ərazisinə idxal-ixracına və satışına icazə verilməyəcəyinin əks olunduğunu bildirmişdir. Azərbycan və Serbiya arasında müvafiq hüquq-müqavilə bazasının yaradıldığını və iqtisadi sahədə bir çox sənədlərin imzalandığını qeyd edən Şahin Mustafayev kənd təsərrüfatı, nəqliyyat, səhiyyə sahələrində saziş layihələrinin hazırda müzakirə edildiyini, hava əlaqəsi haqqında saziş layihəsinin artıq razılaşdırıldığını bildirib. Ölkələrimiz arasında ticarət əlaqələrinin 2015-ci ildə artdığını qeyd edən Şahin Mustafayev bu istiqamətdə potensialın böyük olduğunu və bu gün Serbiya və Azərbaycan şirkətlərinin iştirakı ilə keçirilən işgüzar görüşün ticarət dövriyyəsinin artmasına, investisiya əməkdaşlığının genişlənməsinə töhfə verəcəyini qeyd etmişdir. Enerji sahəsində əməkdaşlığa toxunan Şahin Mustafayev Serbiya tərəfinin Cənub Qaz Dəhlizi vasitəsilə öz təbii qaz təchizatının diversifikasiyasında maraqlı olduğunu bildirmiş və müvafiq qurumlar arasında bu istiqamətdə müzakirələr aparılacağını, həmçinin alternativ enerji sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulamışdır. Şahin Mustafayev İKT, səhiyyə, turizm, təhsil, kənd təsərrüfatı, gənclər və idman sahəsində mövcud layihələrə və gələcək əməkdaşlıq perspektivlərinə toxunmuş, Azərbaycan hökumətinin kredit vəsaitləri hesabına Serbiyada böyük uğurla həyata keçirilən nəqliyyat infrastukturu layihəsini qeyd etmiş və Serbiyada özəlləşdirməyə çıxarılmış müəssisələrə Azərbaycan şirkətləri tərəfindən maraq göstərildiyini və hazırda müvafiq araşdırmaların aparıldığını bildirmişdir. Humanitar sahədə əməkdaşlığa gəldikdə isə Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Serbiyanın Belqrad, Novi Sad və Novi Pazar şəhərlərində təmir-tikinti işləri görülmüş (“Taşmaydan parkı”, “Bayraqlı cami” məscidi, Üzeyir Hacıbəyov memorialı, mədəniyyət parkı və s.), sel fəlakətindən əziyyət çəkənlərə humanitar yardım göstərilmişdir. Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adı verilmişdir.

Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamış, Kosova məsələsində Azərbaycanın mövqeyinə görə təşəkkür etmişdir. Azərbaycan şirkətinin Serbiyada infrastruktur sahəsində uğurlu fəaliyyətini qeyd edən R.Lyayiç yerli sahibkarları Serbiyada həyata keçirilən layihələrdə fəal iştiraka dəvət etmişdir. Serbiya baş nazirinin müavini ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, energetika, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd etmişdir.

İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmışlar.
Sonda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç imzalamışlar. Sənəddə ticarət, investisiya, maliyyə, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, İKT, səhiyyə, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycan-Serbiya işgüzar görüşü keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak etmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə serbiyalı qonaqlara məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Serbiya biznes nümayəndə heyətinin rəhbəri və “Human Resurces Telecom” şirkətinin direktoru Drasko Markoviç ölkəsinin biznes və investisiya mühiti barədə məlumat vermiş, rəhbərlik etdiyi şirkətin fəaliyyətinə dair təqdimatla çıxış etmişdir.
Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq