Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Əhliman oğlu Fərzəliyevin doğum günüdür

15:09  |    27 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytı Milli Qəhrəmanımızı yad edir.

Fərzəliyev Pəhlivan Əhliman oğlu 27 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur.

Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1978-ci ildə zootexnik kimi Füzuli rayonunda əmək fəaliyyətinə başlayır. O, texnikumda oxuduğu illərdə idmanın sərbəst güləş növü ilə məşğul olurdu
Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdı. O, 1979-cu ildə ordu sıralarına çağırılır. Hərbi xidmətdən tərxis olunduqdan sonra isə Qazaxıstanın Aktyubinsk şəhərinə gedir və orada daxili işlər orqanlarında işə başlayır. O, təhsilini davam etdirməyi də unutmur. Sənədlərini Orenburq Politexnik Universitetinə verir. 1986-cı ildə universitetin avtomobil nəqliyyatı fakültəsini bitirir, 4 il Aktyubinsk şəhər Daxili İşlər Orqanlarında çalışır. O, 1990-cı ildə baş leytenant rütbəsində Vətənə dönür. Bir az sonra onu Füzuli rayon DİŞ-də növbətçi inspektor vəzifəsinə təyin edirlər. Sonra Füzuli rayon DİŞ-də post-patrul rotası yaradılır. 1991-ci ilin mart ayında o, rotanın 3-cü taqımına komandir təyin olunur. Yaxşı xidmətinə görə ona ikinci bir vəzifə - BTR-in ekipaj komandiri vəzifəsi etibar edilir. Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında o, taqımı ilə birgə mərdliklə döyüşürdü. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir qrup erməni yaraqlısı və bir BTR məhv edilmişdi. 1992-ci il aprel ayının 11-i... Taqım komandirinin son döyüşü... Qacar kəndi uğrunda gedən ağır döyüşlərdə baş leytenant qəhrəmancasına həlak oldu.

Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.
Bakı şəhərindəki qəsəbələrdən biri qəhrəmanın adını daşıyır.

Mənbə: Milliqahramanlar.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”