Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

AŞPA prezidenti: Ərazi bütövlüyü Avropa Şurası üçün həyati əhəmiyyətlidir

21:53  |    28 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər


Ərazi bütövlüyü Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətlidir.



Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasınnın (AŞ PA) bu gün öz işinə başlayan payız plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör erməni jurnalistin Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlıların son zamanlar özlərini təcavüzkar kimi apardıqlarına dair sualına cavabında deyib.

AŞPA sədri qeyd edib ki, dəfələrlə demişəm ki, ərazi bütövlüyü məsələsi Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətli bir elementdir: "Zorakılıq cavab deyil və heç vaxtda ola bilməz. Danışıqlar prosesi davam edir. Bizə deyirlər ki, danışıqlar Avropa Şurasının səlahiyyətinə aid deyildir. Siz burada heç bir şey edə bilməzsiniz. Hərçənd ki, hər iki ölkə təşkilatımızın üzvüdür. Biz dialoq yolu ilə həll yolları tapmağa cəhd etməliyik. Assambleya daxilində də münaqişə tərəflərinin nümayəndə heyətləri arasında gərginlik hiss olunur. Bu qarşıdurmanı aşmağa cəhd etmək lazımdır. Ən azından insanlar Assambleya daxilində həll yollarını axtarmağa cəhd etsinlər".

AŞPA prezidenti həmçinin qeyd edib ki, münaqişədən ən çox əziyyət çəkən regionun sakinləridir: "Daha çox bu regionun sakinləri münaqişədən əziyyət çəkirlər. Onlar Avropa Şurasının üzvləridirlər. Onlar qorunmalıdır. Onların insan haqları qorunmalıdır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU