Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Azərbaycanda “Xəzər həftəsi” qeyd olunacaq

20:00  |    28 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq 1978–ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.



Beynəlxalq Dəniz Günü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən sentyabrın 28-dən oktyabrın 3-dək “Xəzər həftəsi” qeyd olunacaq. Nazirliyin mütəxəssisləri sentyabrın 28-dən oktyabrın 3-dək ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumat verəcək, eyni zamanda, bu resursların qorunmasının vacibliyini təbliğ edəcək.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bundan əlavə, tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycana mənsub 955 kilometrlik sahil zolağında vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklər keçiriləcək. Həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub.

Beynəlxalq Dəniz Günü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər dənizin ekoloji cəhətdən təmizliyinə və sərvətlərinin mühafizə olunmasına yönəlib.

ETSN Xəzər dənizinin unikal ekosisteminin qorunması məqsədilə Xəzərətrafı rayonların idarə və təşkilatlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə çağırır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU