Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

“Radiolarda məişət dilindən istifadə olunur“ - Dilçilik İnstitutu

18:30  |    28 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycanda fəaliyyət göstərən radiolarda dil qaydaları ilə bağlı problemlər həddindən artıq çoxdur, dil qaydaları bərbad vəziyyətdədir. Açıq şəkildə demək lazımdır ki, radiolarda məişət dilindən istifadə olunur”.

Bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov deyib.

O, bildirib ki, hazırda Dilçilik İnstitutunun əməkdaşları televiziya kanallarının monitorinqini aparırlar.

Ş. Məmmədovun sözlərinə görə, televiziya kanallarından sonra orta məktəb dərsliklərinin monitorinqinə başlanılacaq.

Dilçilik İnstitutunun əməkdaşı əlavə edib ki, monitorinqin ilkin nəticələrinə əsasən əvvəlki illərlə müqayisədə televiziyalarda dil qaydaları ilə bağlı vəziyyət dəyişməz olaraq qalmaqdadır: “Artıq biz üç ildir ki, telekanalların monitorinqini aparırıq. Əlbəttə, müəyyən düzəlişlər də var. Amma dil qaydalarındakı problemlər təkcə televiziyaların yox, həm də cəmiyyətin problemidir”.

Qeyd edək ki, sentyabrın 15-dən etibarən AMEA Nəsimi adına Dilçilik İnstitutu Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə birgə televiziyalarda ədəbi dil qaydalarına riayət olunması ilə bağlı monitorinqlərə başlayıb. Monitorinqlər sentyabr-oktyabr aylarını əhatə edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU