Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Ölən erməni hərbçilərinin adları açıqlandı -VİDEO

22:10  |    26 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Ermənistan kütləvi informasiya vasitələri ötən gecə qoşunların təmas xəttində öldürülən erməni hərbçilərinin adlarını açıqlayıb.

APA TV-nin "Novosti Armeniya"ya istinadən xəbərinə görə, cəbhədə baş verən atışma zamanı Azərbaycan Ordusunun endirdiyi atəş zərbəsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 4 hərbçisi - 1995-ci il təvəllüdlü Norayr Mikaeloviç
Xaçatryan, 1995-ci il təvəllüdlü Robert Surenoviç Mkrtçyan, 1997-ci il təvəllüdlü Arut Maksimoviç Akopyan və 1997-ci il təvəllüdlü Karen Georgiyeviç Şaqinyan ölüb.

Ermənistan mediası atışma zamanı yaralanan 16 hərbçinin də adını açıqlayıb.

Qeyd edək ki, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.

APA TV-nin Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu - əsgər Elşən Vaqif oğlu Məmmədov şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib
18.01.2020
Sabahın hava proqnozu açıqlanıb
18.01.2020
Suraxanıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb
18.01.2020
Nazir yeni rəis təyin etdi
17.01.2020
Deputatlığa namizəd Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb