Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6716

Digər sorğular

Atəşkəs 74 dəfə pozulub

15:00  |    26 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 74 dəfə pozub.

QAZİLER.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Fərəhli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan əlavə Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Çaylı, Ağdam rayonunun Novruzlu, Kəngərli, Yusifcanlı, Mərzili, Cəvahirli, Qaraqaşlı, Nəmirli, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 81 atəş zərbəsi endirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
Sosial şəbəkədə yayılan bu videoya görə baş həkim işdən çıxarıldı - VİDEO
27.02.2020
Pənah Hüseyn Prezident Administrasiyasına çağırılıb
27.02.2020
Bakıda işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA
27.02.2020
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə hansı tədbirlər nəzərdə tutulub?
27.02.2020
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayandı - Sərnişinlər təxliyə olunur