Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

İsrail mətbuatı Ermənistanı “İŞİD”lə müqayisə etdi

22:05  |    25 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

“Times of İsrael” nəşri: “Necə ki, İŞİD yenidən tarix yaratmaq istəyir, eləcə də işğalçı Ermənistan tarixi faktları bütövlükdə dəyişməyə çalışır”

İsrailin nüfuzlu “Times of İsrael” nəşrində İŞİD tərəfindən mədəniyyət abidələrinin məhv edilməsi, oxşar aktların Ermənistan tərəfindən də sistematik həyata keçirilməsi barədə məqalə dərc edilib.

APA-nın xəbərinə görə, məqalənin müəllifi İsrael Barouk mədəni təmizləmə məsələlərində İŞİD-in tək olmadığını, eyni aktların Ermənistan tərəfindən Azərbaycana qarşı da həyata keçirildiyini diqqətə çatdırıb.

Məqalədə qeyd edilib ki, radikalizm və ektremizm bütün etnik, dini azlıqlar üçün dünyəvi, proqressiv və tolerant dövlət olan Azərbaycandan yan keçib və bu ölkənin on illiklərdir ki, ABŞ və İsraillə güclü münasibətləri var.

"Azərbaycan bu nailiyyətləri ərazisinin Ermənistan tərəfindən qeyri-qanuni şəkildə işğal altında saxlandığı vaxtda əldə edib. Ermənistan etnik və mədəni təmizləməni təkcə müharibə illərində deyil, atəşkəs vaxtı da həyata keçirir. Bu faktlar dünyanın digər dövlətlərindən olan jurnalistlər tərəfindən də təsdiqlənib.

2010-cu ildə İsveç jurnalisti Andre Widmer Azərbaycanın işğal edilmiş ərazilərini ziyarət edib və erməni işğalçıları tərəfindən Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən abidələrin məhv olunduğunu təsvir edib. Böyük Britaniyanın Qafqaz üzrə tanınmış eksperti Tomas de Vaal isə ermənilər tərəfindən dağıdılmış Ağdamı “kiçik Xirosima” ya bənzədib”, - deyə müəllif yazır.

Məqalədə qeyd olunur ki, Ermənistan hökuməti bir vaxtlar azərbaycanlıların yaşadığı ərazilərdə qədim erməni sivilizasiyası tapmaq, Azərbaycan kəndlərinin adlarını dəyişməklə məşğuldur.

“Necə ki, İŞİD yenidən tarix yaratmaq istəyir, eləcə də işğalçı Ermənistan tarixi faktları bütövlükdə dəyişməyə çalışır”, - deyə müəllif qeyd edir.

Məqalənin sonunda bütün antihumanist aktlara baxmayaraq, Azərbaycanın inkişaf və stabillik adasına çevrildiyi vurğulanır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU