Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6477

Digər sorğular

Tanınmış diktor Davud Əhmədov vəfat etdi -VİDEO

14:00  |    24 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Dövlət Televiziyasının diktoru, əməkdar artist Davud Əhmədov bu gecə vəfat edib.

Bu barədə APA TV-yə onun oğlu məlumat verib. Tanınmış diktor kəskin nəfəs çatışmazlığından dünyasını dəyişib.

Davud Əhmədov 1941-ci ildə Lənkəran şəhərində anadan olub. 1960-cı ildə Teatr İnstitutunun kino və dram aktyorluğu şöbəsinə qəbul olunub. İkinci kursda oxuyarkən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Teymur Elçin tərəfindən səsi bəyənilib, “Ulduz” verilişinin aparıcısı olub. 1963-cü “Romeo-Cülyetta və zülmət” əsərində Pavel, 1980-ci illərin əvvəllərində Süleyman Sani Axundovun “Laçın yuvası”nda Ədil bəy obrazlarını canlandırıb.

1965-ci ildə əsgərliyə gedib, 1967-ci ilin yanvarında televiziyaya işə qayıdıb. Şeirlər yazıb. Vaxtilə səsinə görə onu “Azərbaycanın Levitanı” da adlandırıblar. Televiziyanın fondunda 300-dən çox şeir və əsər səsləndirilməsində onun səsindən istifadə olunub. Uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışan diktor tamaşaçıların yaddaşında "Günün ekranı" və digər müxtəlif verilişlərin aparıcısı kimi qalıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mindən çox abonent qazsız qalacaq
20.09.2019
Sabah Azərbaycanda temperatur aşağı düşəcək - HAVA PROQNOZU
20.09.2019
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edib
20.09.2019
Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas