Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Şirvanda polis əməkdaşları üçün zona seminar-müşavirəsi keçirilib

21:08  |    23 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə sentyabrın 23-də Şirvan Şəhər Polis Şöbəsində zona seminar-müşavirəsi təşkil olunub.



AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 28 dairə seçki komissiyasının sədrləri və 18 şəhər, rayon polis şöbələrinin əməkdaşları iştirak ediblər.

Seminar-müşavirədə çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə müdiri Dilavər Adıgözəlov bildirib ki, noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərin qanunvericiliyin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində və ictimai asayişin qorunmasında polis əməkdaşlarının üzərinə mühüm vəzifələr düşür.

Qeyd olunub ki, Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydaların qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq edilərək, icrası nəzarətə götürülüb.

Seminar-müşavirənin keçirilməsində də əsas məqsəd daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən dərindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsidir.

Diqqətə çatdırılıb ki, Daxili İşlər Nazirliyinin bütün orqan və nizami polis hissələri oktyabrın 27-dən noyabrın 2-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Seminar-müşavirədə MSK-nın üzvü İlham Məmmədov və MSK Katibliyinin hüquq şöbəsinin əməkdaşı Cavid Zeynalov “Seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları sistemi, seçki prosesi, onun mərhələləri və müddəaları. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları”, “Seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi. Seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tələblər” mövzularında çıxış ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” paylanılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU