Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Qaxda milli mətbəx festivalı keçirilib

20:52  |    23 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Qax şəhərində “Ulu dad” milli mətbəx festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, festival “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda yerli kulinarlarla yanaşı Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının təmsilçiləri iştirak ediblər. Rayonların plov, dolma, xəmir xörəkləri, şirniyyat növləri “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində, baldan hazırlanmış mətbəx nümunələri isə Nizami” parkında nümayiş olunub.

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin kollektivlərinin, uşaq incəsənət məktəbi şagirdlərinin çıxışından sonra tədbir iştirakçıları rayonlardan gəlmiş kulinarların əvvəlcədən hazırladıqları milli mətbəx nümunələri ilə tanış olublar. El sənətkarlarının əl işləri, həmçinin folklor kollektivlərinin çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib. Nizami parkında arıçılıq məhsullarının sərgisi də maraqla qarşılanıb. Festival iştirakçılarına rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri və diplomlar təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
14.09.2019
İsmayıllıda yeni uşaq bağçası istifadəyə verilib