Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

ADU tələbələri ABŞ universitetlərində təhsil alacaqlar

19:03  |    23 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər


Azərbaycanlı tələbələr ABŞ universitetlərində təhsil alacaqlar.


Azərbaycan Dillər Universitetindən Trend-ə (ADU) verilən məlumata görə, universitetin rektoru Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Görüş zamanı ADU tələbələrinin ABŞ-ın öndə gedən ali təhsil müəssisələrində, eyni zamanda Amerikalı tələbələrin Dillər Universitetində təhsil alması ilə bağlı yeni proqrama əsasən müqavilə imzalanıb. Müqaviləni ADU tərəfdən universitetin rektoru, professor Səməd Seyidov, səfirlik tərəfdən isə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta imzalayıb.

Önəmli Dil Təqaüdü proqramını həyata keçirmək üçün əvvəl imzalanmış müqaviləyə dəyişikliklər olunub və yenilənib. Bu müqavilənin öncəki müqavilədən əsas fərqi ondan ibarətdir ki, Önəmli Dil Təqaüdü Proqramı əvvəllər amerikalı tələbələri, həmçinin məzunları üçün nəzərdə tutulan mədəni və xarici dil proqramı olmaqla onların Azərbaycan dilini öyrənmək üçün ADU-nun Yay məktəbində iştirakını təmin edirdisə, yeni proqrama əsasən hazırda bağlanan müqavilə eyni zamanda ADU tələbələrinin də ABŞ-ın ən öndə gedən universitetlərində Yay Məktəbində təhsil almaq imkanını nəzərdə tutur.

Bununla yanaşı, 2015-2018-ci illəri əhatə edəcək müqavilədə illik əsaslarla proqramın xərclərinin 50%-nin Azərbaycan Dillər Universitetinin, 50%-nin isə səfirlik hesabına ödənilməsi qeyd olunur.

Qeyd edək ki, ABŞ-ın Dövlət Departamentinin proqramı olan Önəmli Dil Təqaüdü Proqramı 2010-cu ildən etibarən ADU və Amerikan Şuralarının birgə əməkdaşlığı ilə fəaliyyət göstərir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.01.2020
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
23.01.2020
Tanınmış teleaparıcı ailə qurdu
23.01.2020
“Azəriqaz” rəhbərliyi şimal bölgəsində vətəndaşları qəbul edəcək
23.01.2020
Qar yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
23.01.2020
“26 il idi ki, qəbrini axtarırdıq” - Kimliyi bilinən şəhidin qardaşı