Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6895

Digər sorğular

Pakistan: iflic olmuş məhbusun edamı gecikdirilir

21:38  |    22 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Pakistanda iflic olmuş məhbusun planlaşdırılan edamı gecikdirilib, məhbusun vəkili bildirib.

Abdul Basit həbsxana qaydalarına müvafiq olaraq asıla bilməz, çünki o əlil arabasındadır, məhkəmə qərara gəlib.

Pakistanın həbsxana qaydalarına uyğun olaraq məhbus dar ağacının altında ayaq üstə durmalıdır.

İnsan haqları təşkilatlarının bildirdiyinə görə, Basitin edamı qəddar münasibəti nümayiş etdirəcək və burada prosesin yanlış həyata keçirilməsi riski də var.

43 yaşlı Abdul Basit beldən aşağı iflic olub və həbsxanada əlil arabasından istifadə edir.

Pakistan 2014-cü ilin dekabr ayında ölüm cəzasını yenidən həyata keçirməyə başlayıb və ondan bəri 239 nəfər edam edilib.

Həmin vaxtı Pakistan bildirmişdi ki, bu, Talibanın Pişəvər məktəbində əsasən uşaqlardan ibarət 150 nəfəri qətlə yetirməsinin ardından həyata keçirilən terrorçuluğa qarşı mübarizə tədbiridir.

Basit, altı il bundan öncə qətldə ittiham edilərək məhkum edilib və keçən ay Lahorda asılmalıydı. Lakin edam təxirə salınıb.

Həm Ali Məhkəmə, həm də Lahor Məhkəməsi edamın həyata keçirilməsi üçün razılığını verib.

Son təxirə salmaya hər hansısa vaxt məhdudiyyətinin qoyulub-qoyulmadığı aydın deyil.

“Qaydalara görə, məhbus dar ağacına qədər yeriməlidir. Abdul Basitin halında isə bu mümkün deyil,” Pakistan Ədalət Layihəsinin (JPP) sözçüsü BBC-ə bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Putinin nüvə silahlarından istifadəyə dair fərmanı açıqlandı – Tarixdə ilk dəfə
03.06.2020
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
03.06.2020
ABŞ-da kütləvi iğtişaşlarda 11 nəfər ölüb
03.06.2020
Koronavirusa ən çox yoluxma və ölüm bu qitədədir - STATİSTİKA
03.06.2020
Pentaqon aksiyalara görə mindən çox hərbçi göndərdi