Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6886

Digər sorğular

“Gallup”dan sensasion rəy sorğusu - ABŞ hökuməti korrupsiyalaşıb

21:22  |    22 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Ötən il hər 4 amerikalıdan 3-ü (75%) hökumətdə korrupsiyanın geniş yayıldığını düşünüb. 2007-ci ildə bu göstərici 67 faiz, 2009-cu ildə isə 66 faiz idi.

Virtualaz.org saytının verdiyi xəbərə görə, "Gallup" sorğu mərkəzi üzə çıxarıb ki, 2007-ci ildən rəqəmlər dəyişsə də bu tendensiya 2010-cu ildən bəri sabit qalıb.

Sorğu mərkəzi bildirir ki, bu rəqəmlər gözləntilərə rəğmən yüksəkdir, üstəgəl yaxşılaşmanın olmaması da təəssüf doğurur. Bircə müsbət məqam odur ki, amerikalılar hökuməti sərbəst tənqid edə bilirlər. Axı dünyanın bəzi yerlərində belə deyil.

Korrupsiyaya dair suallar bəzi ölkələrdə o qədər həssas məsələdir ki, hətta “Gallup” bu sualları soruşmağa icazə alsa belə nəticələr həqiqəti göstərməyə bilər. Yəni vətəndaşlar hökumətlərinin arxasınca danışmağa meylli olmaya bilərlər. Bu, özəlliklə media azadlığının məhdudlaşdırıldığı ölkələrə xasdır.

“Gallup” bildirir ki, elə bu səbəbdən də korrupsiya məsələsinə “Freedom House” təşkilatının Mətbuat azadlığı reytinqinin gözüylə baxmaq lazımdır. Mətbuatın azad olduğu ölkələrin reytinqi fərqlənir. Məsələn, Litvada rəyi soruşulanların 90 faizi, İsveçdə isə 14 faizi hökumət korrupsiyasından danışıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiyanı yalnız belə dayandırmaq olar - Ukraynanın eks-prezidenti
29.05.2020
Türkiyədə koronavirusla bağlı son vəziyyət
29.05.2020
ABŞ-da kütləvi etirazlar şiddətlənib: Polis bölməsi ələ keçirildi, bina yandırıldı - FOTO
29.05.2020
Türkiyədə çimərlik mövsümü açılır - yeni qadağalar
29.05.2020
Ermənistanda hərbi polisə yeni əməkdaşlar rüşvətlə götürülür