Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6886

Digər sorğular

İran hərbi gücünü paradda nümayiş etdirəcək

00:02  |    22 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə sentyabrın 22-də keçiriləcək hərbi paradda Silahlı Qüvvələrin raketlər, dəniz, quru qoşunlar, eləcə də hava hücumundan müdafiə sahəsində yeni nailiyyətləri nümayiş olunacaq. Trend-in İranın "Tasnimnews" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) sözçüsü Ramazan Şərif deyib.

O bildirib ki, hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edir. Paradın keçirilməsində məqsəd İranın hərbi sahədə gücünün nümayiş etdirilməsdir.

Məlumata əsasən, parad Tehranda İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunacaq. Paradı İran Prezidenti Həsən Ruhani, İranın yüksək hərbi və mülki rəsmiləri və Tehranda olan xarici diplomatik nümayəndəliklərin hərbi attaşeləri izləyəcək.

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.

İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatıb və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
ABŞ-da kütləvi etirazlar şiddətlənib: Polis bölməsi ələ keçirildi, bina yandırıldı - FOTO
29.05.2020
Türkiyədə çimərlik mövsümü açılır - yeni qadağalar
29.05.2020
Ermənistanda hərbi polisə yeni əməkdaşlar rüşvətlə götürülür
29.05.2020
Azərbaycanın 106 vətəndaşı Gürcüstanda həbs edilib
29.05.2020
100-ə yaxın sülhməramlı koronavirusa yoluxub