Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Milli QHT Forumu etiraz etdi - Avropa Parlamentinin əleyhimizə olan qətnaməsinə

22:38  |    11 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycan Milli QHT Forumu Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 09 sentyabr 2015-ci il tarixli qərəzli antiazərbaycan qətnaməsi ilə əlaqədar olaraq növbədənkənar iclas keçirib. İclasda QHT rəhbərləri, MQF idarə heyətinin üzvləri iştirak edib. Iclası açıq elan edən MQF-nin prezidenti Rauf Zeyni Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 09 sentyabr 2015-ci il tarixli qərəzli antiazərbaycan qətnaməsi Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən narazılıqla qarşılandığını, vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi doğurduğunu bildirib.

İclasda çıxış edənlər Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinin ermənilər tərəfindən yerinə yetirilmədiyini, Avropa Parlamentinin bütün bunları gözardı etdiyini və qəbul edilən qərəzli qətnamədə Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını vurğulayıblar. İclasın yekununda sıralarında 660 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu adından Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli antiazərbaycan qətnaməsinə etiraz bəyanatı qəbul olunub.
Bəyanatda deyilir:

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 09 sentyabr 2015-ci il tarixli qərəzli antiazərbaycan qətnaməsi Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən narazılıqla qarşılanmış, vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi doğurmuşdur. Qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs vermiş, 72 nəfər bitərəf qalmışdır. Qətnaməyə səs vermiş “parlamentarlar” Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırmışlar. Eyni zamanda, Avropa Parlamentinin Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləməsi üçün tezliklə ölkəyə nümayəndə heyəti göndərməsi təklif olunmuşdur. Bununla yanaşı, Avropa İttifaqı ilə Azərbaycan, müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında qarşılıqlı hörmətə əsaslanan ciddi danışıqların vacibliyini qeyd edilir. Qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırış edilmişdir. Bununla yanaşı, Parlament Avropa Komissiyasını insan haqları, vətəndaş cəmiyyəti və Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycana insanlararası münasibətlərə dair kütləvi layihələri çıxmaq şərti ilə maliyyə ayrılmasını yenidən nəzərdən keçirməyə də çağırmışlar. Qəbul edilən bu sənəddə Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq aydın görünür.

Qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana nümayəndə heyəti göndərməsi təklif edilir, ancaq münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olması barədə bir kəlmə belə deyilmir. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi - (822, 853, 874, 884) dörd qətnamənin tələbləri ermənilər tərəfindən yerinə yetirilmir və Avropa Parlamenti bütün bunları gözardı edir. Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lər dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olmuşdur. Bu səbəbdən müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənəd qəti şəkildə qəbuledilməzdir.

Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı Avropa Parlamenti və bu kimi təşkilarlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə əsas verir.

Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan bu qurumun belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir. Bu qətnamə Avropa Parlamentinin ikili standartlar və islamofobiya mövqelərindən çıxış etdiyini bir daha bariz şəkildə göstərir.

Qeyd edək ki, 2014-cü ildə İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun qəbul olunması, dövlət qurumlarında ictimai şuraların yaradılması, ictimai şəffaflığın gücləndirilməsi və ictimai nəzarətin təmin olunması istiqamətində görülən işlər dövlət səviyyəsində ciddi adımların atılması deməkdir.

Sıralarında 660 QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə qəti etiraz bildirir və Avropa strukturlarını Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...