Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

PKK terrorunun qurbanlarının sayı açıqlandı: 16 şəhid, 6 yaralı

15:25  |    08 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK terrorçularının ötən gecə Hakkari vilayətində törətdiyi terror hadisəsi zamanı şəhid olanların sayını açıqlayıb.

APA-nın məlumatına görə, Silahlı Qüvvələrin Baş Qərargahının açıqladığı məlumatda bildirilib ki, hadisə zamanı 16 hərbçi şəhid olub, 6 nəfər isə yaralanıb.

Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin bu hadisədən sonra başladığı əməliyyat hələ də davam edir. PKK terrorçlarının 23 hədəfi 3 ədəd F -4, 4 ədəd F 16 tipli döyüş təyyarəlıəri ilə atəş altında saxlıanılır.

Qeyd edək ki, sentyabrın 6-da axşam İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddə terrorçular tərəfindən partladılıb. İlkin məlumatda hadisə nəticəsində 15-dən çox əsgər və zabitin həlak olduğu açıqlanıb. Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi
14.11.2019
Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib- SİYAHI
14.11.2019
Rəcəb Tayyib Ərdoğan: Türkiyə “Patriot”ları ala bilər, amma S-400-ü də alacaq
14.11.2019
Müdafiə naziri Rusiyanı düşmən adlandırdı
14.11.2019
Almaniyada miqrant alveri ilə məşğul olan iki azərbaycanlı saxlanılıb