Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

Sərhədlər miqrantların üzünə bağlana bilər

04:45  |    08 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Avstriya yenidən sərhədləri miqrantların üzünə bağlamaq istəyir.

ANS PRESS-in məlumatına görə, Avstriya bir gün ərzində Macarıstandan gələn min miqrantdan sonra sərhədləri tədricən bağlamaq fikrindədir. Bu barədə federal kansler Verner Faymen xəbər verib.

Yüngülləşdirilmiş qaydadan istifadə edən qaçqınlar Avstriya sərhədini sərbəst keçib orada qala və ya Almaniyaya gedə bilərlər.

"Biz çətin vəziyyətdə 12 mindən çox insana kömək etdik. İndi biz tədricən fövqəladə vəziyyətdən çıxmağa və normal rejimdə işləməyə davam etməyə başlamalıyıq", - deyə kanslerin bəyanatında deyilir.

Almaniya hökuməti onun ərazisinə keçən miqrantlara xəbərdarlıq edərək bildirib ki, ölkənin köməkliyindən sui-istifadə etmək lazım deyil.

Hər iki ölkə gələcəkdə ərazilərinə daxil olan qaçqınların qeydə alınmasına görə Avropa Birliyinə müraciət edərək, bildiriblər ki, onlar mütləq qeydiyyatdan keçməli və qaçqın statusu almalıdırlar.


Almaniyanın daxili işlər naziri bildirib ki, son günlər miqrantları qəbul etmək istisna hal idi. Amma miqrantlar da bilməlidirlər ki, onlar gəldikləri ölkədə sığınacaqlarda qalsalar, daha yaxşı olar, nəinki, bir ölkədən başqasına keçmək.

Macarıstan hakimiyyəti Serbiya ilə sərhəd olan Roszk kəndində miqrantlar üçün düşərgə yaradıb. Lakin qaçqınlar buraya polis gücü ilə gətirilirlər. Çünki onlar düşərgədə deyil, başqa ölkələrdə yerləşmək istəyirlər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avstriyadakı nümayəndəliyi 1,5 minədək miqrantı qəbul etməyə hazır olduqlarını bəyan edib.

Bu barədə beynəlxalq təşkilatın nümayəndəsi Tomas Horvat Macarıstanla sərhəddə bildirib: "Bizə məmurlardan göstəriş verilib ki, 800-dən 1,5 min nəfərədək adam gözləyə bilərik", - deyə Tomas Horvat qeyd edib.

"Bizdə onlar üçün çarpayı və mənzil var, yemək və isti içkilər artıq hazırdır. Həmçinin burada lazım olarsa, tibbi yardım da göstərmək mümkün olacaq", - deyə Xorvat bildirib.

Avstriya və Almaniya miqrantları Macarıstandan qəbul etmək barədə iki gün əvvəl razılıq əldə ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
“Amnesty International”: İranda 106 nəfər etirazçı öldürülüb
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..