Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

İŞİD Avropaya doğru irəliləyir

03:32  |    08 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

İŞİD terror qruplaşması bildirib ki, onun dörd min üzvü hal-hazırda Avropadadır.

ANS PRESS-in məlumatına görə, İŞİD üzvləri Avropaya miqrant qismində daxil ola biliblər. Bu barədə terror qruplaşması özü danışıb və faktı təsdiqləyib. Onlar bildiriblər ki, silahlılar əvvəlcə gizli yolla Türkiyəyə, sonra isə Avropaya daxil ola biliblər.

İŞİD terror qruplaşması bu gün dünya təhlükəsizliyinin əsas təhdidlərindən biridir. Üç il ərzində terrorçular İraqın və Suriyanın əhəmiyyətli ərazilərini tutmağı bacarıblar. Bundan başqa, onlar Şimali Afrika ölkələrində , xüsusən, Liviyada öz təsirini yaymağa çalışırlar.

Bu terror qrupu ilə mübarizənin bir cəbhəsi yoxdur: onlarla Suriya və İraqın hökümət qoşunları, ABŞ-in başçılığı ilə beynəlxalq koalisiya havadan zərbə ilə, kürdlər, Livanın və İraqın şiə yığma döyüşçüləri mübarizə aparır. Bu uzunmüddəli mübarizə minlərlə dinc sakinin ölümünə, milyonlarla insanların qaçqın düşməsinə səbəb olub.

Avropa Birliyi ona üzv ölkələrə miqrantları qəbul etmək üçün sərhədləri açmağı tapşırıb. Ötən həftədən Avropaya minlərlə miqrant gəlib. Amma terrorçuların ölkələrinə daxil olmasından ehtiyat edən Avropa ölkələri artıq sərhədləri bağlamaq niyyətindədirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış