Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6949

Digər sorğular

DST və UNİCEF Ukraynada virusun yayılmasına son qoymağa çağırırlar

22:38  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər


BMT-nin Uşaq Fondu (UNİCEF) və Dünya Səhiyyə Təşkilatı (DST) Ukraynanın bütün ərazisindəki valideynlərə müraciətlə uşaqları poliomielit xəstəliyinə qarşı peyvənd etdirməyə çağırırlar. BMT sisteminin bu iki təşkilatının verdiyi məlumata görə, vaksinlərin tezliklə bölüşdürülməsi və ölkənin bütün regionlarına çatdırılması üçün hər cür səy göstərilir.


AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu təcili tədbirlər yaxın vaxtlarda Zakarpatye vilayətində birinin dörd yaşı, digəri on aylıq olan iki uşaqda bu xəstəliyin aşkar edilməsi ilə bağlıdır. DST-nin laboratoriyasında aparlmış analizin nəticələri bu diaqnozu təsdiq edib. Məlum olub ki, bu uşaqların heç birinə poliomielitə qarşı vaksin vurulmayıb. Onlar vaksin mənşəli sirkulyasiya edən poliovirusa yoluxandan sonra iflic simptomları yaranıb.

DST və UNİCEF belə hesab edir ki, Ukraynada poliovirusun yayılmasına səbəb son bir neçə ildə ölkədə immunlaşma səviyyəsinin çox aşağı olmasıdır.

UNİCEF-in Ukraynadakı nümayəndəliyinin başçısı Covanna Barberis deyib: “Uşaqları poliomielitdən qorumağın yeganə etibarlı üsulu vaksinasiyadır. Uşaqları poliomielitdən qorumaq üçün UNİCEF tərəfindən təqdim edilmiş vaksinlərdən mümkün qədər tezliklə istifadə etmək lazımdır”.

Vaksin mənşəli sirkulyasiya edən poliovirusun yayılmasını uşaqların immunlaşdırılması yolu ilə tezliklə dayandırmaq olar. Lakin bu xəstəliyə tutulma riski barədə ukraynalı valideynlərin məlumatlılıq səviyyəsi çox aşağıdır. UNİCEF və DST tərəfindən aparılmış rəy sorğusu göstərib ki, ukraynalı anaların yalnız 18 faizi poliomieliti çox təhlükəli xəstəlik hesab edir və rəyi soruşanların yalnız 27 faizi bilir ki, bu xəstəlik iflicə səbəb olur.

DST və UNİCEF ekspertləri virusun sirkulyasiyasını tezliklə dayandırmaq üçün bütün lazımı tədbirlərin görülməsində Ukrayna Səhiyyə Nazirliyinə kömək edirlər. Poliomielitə qarşı 4,8 milyon doza vaksinin bir hissəsi, o cümlədən Kanada hökumətinin dəstəyi ilə UNİCEF tərəfindən təqdim edilmiş 3,8 milyon doza vaksin artıq Ukraynadadır və reaksiya planına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən bölüşdürülməlidir.

DST-nin Ukraynadakı nümayəndəsi Dorit Nitsan vurğulayıb: “DST geniş miqyaslı immunlaşma aparılmasını tövsiyə edir. Poliomielitə qarşı Ukraynaya təqdim edilmiş vaksin təhlükəsiz və səmərəlidir. Onun keyfiyyəti DST standartlarına müvafiqdir və istifadə edilmək üçün hazırdır”.

Dorit Nitsan daha sonra deyib: “Üzümü valideynlərə tutaraq, onları bu işdə ləngiməməyə və Səhiyyə Nazirliyi tərəfindən onlara müvafiq bildiriş göndəriləndən sonra ən yaxın günlərdə və ya həftələrdə uşaqlarını peyvənd olunmaq üçün gətirməyə çağırıram”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 5300-ə çatıb
09.07.2020
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09.07.2020
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09.07.2020
Koronavirusa qarşı yeni dərmanlar tapılıb
09.07.2020
Bu ölkədə koronavirusa yoluxanları itlər tapır