Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6944

Digər sorğular

Çin investorları əmlak bazarının əsas oyunçusuna çevrilir

20:08  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Çin investorları ölkələrindəki qeyri-stabil iqtisadi vəziyyətə görə dünya daşınmaz əmlak bazarına üz tutub. İnvestisiyaların həcmi isə artıq bir neçə trilyon ABŞ dollarına çatır. Biznesmenləri ən çox cəlb edən ABŞ, Böyük Britaniya və Avstraliyanın daşınmaz əmlak bazarlarıdır.


AZƏRTAC “AS Group İnvestment” şirkətinə istinadla bildirir ki, mütəxəssislərin rəyinə əsasən, Çin biznesmenləri tərəfindən daşınmaz əmlak bazarında yaradılan bum yaxın müddətdə başa çatmayacaq.

Belə ki, cari ilin iyun ayında Çin fond bazarında 40 faiz enmə qeydə alınıb, keçən ay isə hakimiyyət Çin valyutası – yuanın enməsinə imkan verdi. Mövcud vəziyyətdə daşınmaz əmlak aktivlərinin müdafiəsi üçün ən optimal və təhlükəsiz variantdır. London, Nyu-York və Sidney yaşayış sektoru bazarında Çin investorları xüsusilə aktivdir.

Həmçinin onlar ABŞ daşınmaz əmlak bazarında da əsas oyunçulardır. Burada satışlar son 12 ayda rekord həddə -29 milyard dollara gəlib çatıb. Beləliklə, Rieltorların Milli Assosiasiyasının qiymətləndirməsinə görə, çinlilər ABŞ-da xaricilər tərəfindən alınan daşınmaz əmlakın 25 faizinə sahibdirlər.

Londonda Çin investorları tərəfindən alınan daşınmaz əmlak da eyni göstəriciyə (25 faiz) malikdir. Avstraliyada isə çinlilərə 2015-2020 illərdə satılan mənzillərin ümumi dəyəri 60 milyon dollar təşkil edəcək ki, bu da ötən altı ilin göstəricilərindən iki dəfə çoxdur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Hücum cəhdinin qarşısı alındı, sərhəddə zərərsizləşdirildilər - Türkiyə Müdafiə Nazirliyi
05.07.2020
İş adamı koronavirusdan qorunmaq üçün özünə qızıl maska düzəltdirdi - VİDEO
05.07.2020
Krımı ilhaq edənləri bağışlamayacağıq - Zelenski
05.07.2020
Koronovirusun ikinci dalğası noyabr-dekabr aylarında başlanacaq? - EHTİMAL
05.07.2020
Türkiyə bizə meydan oxuyur - Afina