Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

Rövnəq Abdullayev Maltanın Baş naziri ilə görüşüb

18:48  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Malta Respublikasına səfəri çərçivəsində bu ölkənin Baş naziri Jozef Muskat ilə görüşüb.



Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Maltanın enerji naziri Konrad Mizzinin də iştirak etdiyi görüşdə SOCAR-ın bu ölkədə həyata keçirdiyi investisiya layihəsi müzakirə edilib, layihənin qrafikə uyğun şəkildə uğurla icra edildiyi qeyd olunub. Tərəflər Azərbaycan və Malta arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud olan imkanlardan danışıb, investisiya layihələrinin genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

R.Abdullayev Azərbaycanın neft-qaz sənayesində əldə olunan nailiyyətlər, ölkə daxilində və xaricdə həyata keçirilən genişmiqyaslı enerji layihələri barədə məlumat verib.

Malta hökumətinin başçısı Jozef Muskat ötən il Bakıya səfərini xatırladaraq, neft və qaz sektorunda strateji əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan yaratdığını qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı
12.11.2019
Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama
12.11.2019
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
09.11.2019
“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – Aqil Abbas
09.11.2019
Bayraq günündə şəhid pilotumuzla bağlı təsirli hadisə - FOTO