Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6575

Digər sorğular

Ərdoğan: “Bunun əvəzini çox ağır ödəyəcəklər”

18:32  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğansentyabrın 6-da axşam Hakkari vilayəti ərazisində, Dağlıca zastavasında çoxlu sayda əsgər və zabitin şəhid olması və yaralanması ilə nəticələnən terror hadisəsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, R. T. Ərdoğan ATV və “A Haber” kanallarının canlı yayınında hadisədən üzüldüyünü və terrorçuların bunun əvəzini çox ağır ödəyəcəklərini bildirib: “Olay Dağlıcada aparılan təmizlik zamanı minaların ard-arda partladılması nəticəsində baş verib. Baş Qərargah rəisimizin verdiyi məlumatlar üzücüdür. Hazırda orada çətin hava şəraitində əməliyyatlar davam edir. Hamımızın başı sağ olsun, Allah səbir versin”.

R. T. Ərdoğan əməliyyatların başladığı gündən bu yana 2 minə yaxın PKK-çının məhv edildiyini və terrorçuların Dağlıca hadisəsinin əvəzini də çox ağır ödəyəcəklərini söyləyib. O, Xalqların Demokratiya Partiyasını (HDP) terroru dəstəkləməkdə ittiham edib.

Qeyd edək ki, sentyabrın 6-da axşam İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddənin terrorçular tərəfindən partladılması nəticəsində 15-dən çox əsgər və zabit həlak olub. Hələlik ordu rəhbərliyi itkilərin dəqiq sayını açıqlamayıb. Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb. Əməliyyatlar davam edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Süvari əsgər paradda atdan yıxıldı - VIDEO
22.11.2019
Bu ölkədə bahalı dərmanlar kreditlə satılacaq
22.11.2019
Ermənistanda yol qəzası: bir hərbçi ölüb, 4 nəfər yaralanıb
22.11.2019
ABŞ senatorundan ermənilərə şok: Qətnamə...
22.11.2019
ABŞ Dövlət Departamenti: “Türkiyənin bir seçimi var”