Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

9 gün dağda itkin düşən şəxs tapıldı

18:22  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

"Su içir, fındıq yeyirdim"

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşən 68 yaşlı Bakı sakini tapılaraq yaxınlarına təhvil verilib.



Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqust ayının 28-i tarixindən Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşən, 1947-ci ildə Zaqatala rayonunun Mazıx kəndində doğulmuş, hazırda Bakı şəhərinin Xətai rayonunda qeydiyyatda olan Şamil Əliyev Zaqatala Polis Şöbəsinin və Mazıx kənd sakinlərinin birgə apardıqları axtarışlar nəticəsində sentyabrın 6-da yüksək dağlıq-meşəlik ərazidə sağ-salamat tapılaraq Zaqatalada yaşayan yaxın qohumlarına təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, Ş. Əliyev geri qayıdarkən yolu azıb. O, dağlıq-meşəlik ərazidə 9 gün yalnız su və meşə fındığı ilə qidalanıb. Bu səbəbdən 68 yaşlı Ş. Əliyevdə ümumi zəiflik, halsızlıq və əsəb gərginliyi yaranıb. Həkim müayinəsindən keçən Ş. Əliyev hazırda Zaqatala şəhərində yaşayan bacısının evində müalicə alır.

Qeyd edək ki, Ş. Əliyev avqust ayının ortalarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində, “Şamilovka” adlanan yüksək dağlıq ərazidə yerləşən yaylağa gəzməyə gedib. Yaylaqda çobanların yanında 13 gün qaldıqdan sonra o, avqustun 28-də Zaqatalanın Mazıx kəndinə geri qayıdarkən yolu azıb və itkin düşüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA
22.11.2019
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
21.11.2019
Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
21.11.2019
“Alı zirvəsi" filminin təqdimatı keçirilib - FOTO