Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

İran və Avstriya arasında elm sahəsində 7 sənəd imzalanacaq

17:58  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər


Avstriyanın elm naziri bu gün ölkəsinin 17 universitet rektoru ilə birgə İrana səfər edir. Nazir Avstriyanın Federal Prezidenti Haynts Fişerin bu gün İrana rəsmi səfər edən nümayəndə heyətinin tərkibində təmsil olunur. Bunu İranın elm, araşdırmalar və texnologiyalar nazirinin beynəlxalq münasibətlər üzrə müavini Hüseyn Salar Amoli deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.



H.Salar Amoli deyib ki, bu elmi nümayəndə heyəti Avropa ölkələrindən İrana səfər edən ən böyük elmi heyətdir.

Onun sözlərinə görə, səfər zamanı İran və Avstriya arasında elmi sahədə 7 sənəd imzalanacaq: “Bu sənədlərdən biri İranın Elm, Araşdırmalar və Texnologiylar Nazirliyi ilə Avstriyanın Elm Nazirliyi arsında imzalanacaq. Digər 6 sənəd isə İran və Avstriya universitetləri arasında əməkdaşlıqların artırılması sahəsində imzalanacaq”.

H.Salar Amoli deyib ki, İran Avstriyaya öz universitetlərində burslar təklif edəcək: “İki ölkə arasında tələbə və müəllimlərin mübadiləsi və burslar sahəsində əməkdaşlığın artırılmasında maraqlıyıq”.

Qeyd edək ki, Avstriyanın Federal Prezidenti Haynts Fişer bu gün İrana səfər edir. Səfərdə H.Fişeri 130 şirkət rəhbəri və müxtəlif rəsmilər müşaiyət edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Erməni terrorçunun adını daşıyan park ictimai ayaqyoluna çevrilib - FOTOLAR
08.07.2020
Uhan laboratoriyası virusun yayılması ilə bağlı məlumatları şərh edib - FOTO
07.07.2020
Lukaşenko müsahibəyə ayaqqabısız gəldi - VİDEO
07.07.2020
Braziliya Prezidenti koronavirusa yoluxub
07.07.2020
"24 saata öldürür" - ÜST-dən Çində yayılan xəstəliklə bağlı AÇIQLAMA