Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti Fransada səfərdədir

17:45  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti Fransaya səfər edib. Bu barədə Trend-ə Komitənin mətbuat xidmətindən məlumat verilib.


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Fransada silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində Azərbaycanın özünəməxsus dini tolerantlıq ənənələrinin təbliği istiqamətində Paris və Strasburq şəhərlərində konfransların və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 10-a qədər davam edəcək tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropa Yəhudi İrs gününün başlaması mərasimində və Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş “Azərbaycanda dini tolerantlıq-birgə yaşayış mədəniyyəti” konfransında iştirak edəcək. Komitə təmsilçiləri tədbirlərdə məruzələrlə çıxış edəcək. Səfər çərçivəsində yerli ictimaiyyətin nümayəndələri ilə də görüşlər keçirəcək.

Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI
20.11.2019
 Mikayıl Cabbarova daha bir vəzifə verildi - Video
20.11.2019
Şəhid ailələri və Qarabağ əlillərinə daha 50 mənzil verildi