Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Tovuzun Ermənistanla sərhədində DİVAR tikilir

17:38  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Tovuzun Ermənistanla sərhədində yerləşən Əlibəyli kəndində düşmən güllələrindən qorunmaq üçün divarlar hörülür.

Tovuz rayon İcra Hakimiyyətindən APA-nın qərb bürosuna bildirilib ki, tikintisinə bir neçə il əvvəl başlanılan divarların inşası davam etdirilir.

Məlumata görə, bu, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi (ARRA) tərəfindən həyata keçirilir. Bir neçə il əvvəl inşasına başlanılan divarlar əsasən sosial, təhsil obyektlərini və təmas xəttinə yaxın olan evləri güllədən qorumaq funksiyasını yerinə yetirir.

İcra Hakimiyyətindən bildirilib ki, Tovuzun Hacallı kəndində 500 metrə kimi belə divar hörülüb. Əlibəylidə isə 700-800 metr hörülsə də bu iş davam etdirilir. Tovuzun düşmənlə sərhədində yerləşən Ağdam kəndində də belə divarların inşası nəzərdə tutulur.

Qoruyucu divarların hündürlüyü 4 metr eni isə 80 santimetrdir.

Qeyd edək ki, Tovuzun Əlibəyli kəndi Ermənistanla təmas xəttinə ən yaxın olan yaşayış məntəqəsidir. Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində bu kəndə tez-tez mülki şəxslər yaralanır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı