Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

Bu il 3472 şagird təmayül siniflərdə təhsil alacaq

17:22  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Yeni tədris ilində 3472 şagird təmayül siniflərində təhsil alacaq. Bu şagirdlər üçün 55 ümumtəhsil məktəbində 156 təmayül sinfi yaradılıb.


Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təmayül sinifləri olan məktəblərin 42-si Bakıda, 4-ü Gəncədə, 5-i Sumqayıtda, 3-ü Mingəçevirdə, 1-i Şirvanda yerləşir. Təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, təbiət və humanita fənnlər üzrə bölünüb. Ən çox şagird riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərdədir. Təbiət təmayüllü siniflərdə təhsil alan şagirdlərin sayı isə digərlərindən azdır.

Tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakıdakı 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarət olub.

Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün təlimə marağı xeyli artırır, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir göstərir. Eyni zamanda, təmayülləşmə şagirdlərin repetitor xidmətindən istifadə hallarının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Bakıda ekspress avtobus xətlərinin iş qrafiki dəyişdirilib
08.07.2020
"ASAN xidmət"də yeni təyinat olub
08.07.2020
Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib - VİDEO
08.07.2020
Tramp pandemiya fonunda məktəblərin açılmasına çağırır
08.07.2020
Sumqayıtda evini qanunsuz şəkildə tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb - VİDEO