Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

17 min qaçqın Almaniyaya pənah aparıb

15:32  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Arxada buraxdığımız həftə sonu Macarıstandan Avstriyaya keçən qaçqınların sayı ümumilikdə 17 min nəfəri ötüb. Avstriya Federal Dəmir Yolları şirkətinin məlumatına əsasən, sentyabrın 5-də xüsusi reyslər üçün ayrılmış qatar və avtobuslarla Vyananın Qərb vağzalına təxminən 11 min, sentyabrın 6-da isə 5900 qeyri-qanuni mühacir gəlib.

Onlardan cəmi 90-dək şəxs Avstriyanın müvafiq qurumlarına sığınacaq üçün ərizə ilə müraciət edib, qaçqınların mütləq əksəriyyətinin niyyəti isə səfəri davam etdirərək Almaniya ərazisinə keçmək və yalnız bu ölkəyə yetişdikdən sonra rəsmi qurumlara sığınacaq üçün müraciət etməkdir.

Rəsmi Berlinin qaçqınların bu ölkəyə qəbuluna yaşıl işıq verməsindən sonra sadələşdirilmiş prosedurlar əsasında Macarıstandakı minlərlə qaçqın Avstriyadan keçməklə Almaniyaya doğru hərəkətə başlayıb. Onların bir qismi Avstriya sərhədləri istiqamətində yolu piyada qət edib, digərləri isə xüsusi avtobus və qatar reysləri ilə Vyanaya gətirilib, oradan isə Münxen və digər Almaniya şəhərləri istiqamətində yola salınıb.

Qırmızı Xaç, “Diakonie”, “Karitas” kimi təşkilatların çağırışı ilə çoxlu sayda könüllülər qaçqınların müvəqqəti yerləşdirilməsi, gecələmək üçün yerlərin hazırlanması və ilkin təminatı üçün səfərbər olunublar. Yaxın günlərdə qaçqın axınının davam etmə ehtimalını nəzərə alaraq mühacirlərin əsas hərəkət marşrutu üzərində yerləşən Nikelsdorf sərhəd-keçid məntəqəsində və Vyana Qərb vağzalında hazırlıq işləri aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Erməni terrorçunun adını daşıyan park ictimai ayaqyoluna çevrilib - FOTOLAR
08.07.2020
Uhan laboratoriyası virusun yayılması ilə bağlı məlumatları şərh edib - FOTO
07.07.2020
Lukaşenko müsahibəyə ayaqqabısız gəldi - VİDEO
07.07.2020
Braziliya Prezidenti koronavirusa yoluxub
07.07.2020
"24 saata öldürür" - ÜST-dən Çində yayılan xəstəliklə bağlı AÇIQLAMA