Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

Atəşkəs 103 dəfə pozulub

15:00  |    07 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 103 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində və Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Qaraqaşlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 153 atəş zərbəsi endirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ombudsman: "Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar"
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI
20.11.2019
 Mikayıl Cabbarova daha bir vəzifə verildi - Video