Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Hərbçilərimiz erməni mövqelərinə 208 atəş zərbəsi endirib

17:50  |    06 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Cəbhədə erməni təxribatları davam edir.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 145 dəfə pozub.

QAZİLER.AZ nazirliyin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı və Aşağı Əskipara kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Qaraqaşlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 208 atəş zərbəsi endirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı