Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Azərbaycan milli mətbuatının 140 illik yubileyinə töhfə

00:03  |    06 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyevin “Azərbaycan мilli мətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, respublikanın bütün elmi təşkilatlarında olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da silsilə tədbirlər həyata keçirilib. Bu yubiley ərəfəsində institut alimləri mətbuat tariximizin araşdırılması sahəsində bir nеçə kitab hazırlayıb və nəşr etdiriblər.

Bu istiqamətdə həyata keçirilən əhəmiyyətli işlərdən biri institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Afaq Əliyevanın nəşrə hazırladığı “İmzalar” adlı biblioqrafik göstəricidir.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin elmi şurasının müvafiq qərarı ilə “Letterpress” nəşriyyatında işıq üzü görən 312 səhifədən ibarət bu kitab tanınmış publisist, teatrşünas, salnaməçi Qulam Məmmədlinin “İmzalar” kitabı əsasında çapa hazırlanıb.

Tədqiqatçıların müzakirəsinə təqdim olunan göstərici iki hissədən ibarətdir. Birinci hissəyə Q.Məmmədlinin hazırladığı “İmzalar” kitabı daxil edilib.

A.Əliyevanın hazırladığı ikinci hissədə isə əvvəlcə müəlliflərin ad və familiyaları, sonra onlara aid edilən imzalar əlavə olunub. Bununla, tədqiqatçının hər iki halda – imzanın müəllifini və müəllifin imzalarını tapmaqda əvvəlki biblioqrafiyada üzləşdiyi çətinlik aradan qaldırılıb. Bu nəşr elmi, biblioqrafik sənədli mənbələr əsasında yeni müəllif və imzalar ilə zənginləşdirilib.

A.Əliyevanın kitaba yazdığı geniş “Ön söz”də mətbuatımızda işlənən gizli imzaların toplanılma tarixinə xüsusi ekskurs edilib.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova, rəyçiləri filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Xatirə Yusifovadır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO