Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6887

Digər sorğular

İki hakim cəzalandırıldı-KORRUPSİYAYA görə -VİDEO

15:30  |    04 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

İki hakimə töhmət verilib, bir hakim barədə intizam icraatı başlanılıb

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. APA-nın məlumatına görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar vurğulanıb, bəzi kadr və digər təşkilati məsələlərə baxılıb.

İclasda səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılıb, onların işinin yerində öyrənilməsi nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar ətraflı müzakirə olunub. Aparılmış qiymətləndirmə nəticələri üzrə həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib.

Həmçinin iclasda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO